ABŞ-da polis hamilə qadını güllələyib

abs-da-polis-hamile-qadini-gulleleyib
Oxunma sayı: 641

ABŞ-ın Sietl şəhərində oğurluq çağırışına gedən polis hamilə qadını güllələyib.

“Qafqazinfo” xarici KİV-ə  istinadən xəbər  verir ki, bu barədə yerli polis açıqlama yayıb.

Məlumata əsasən hadisə yerinə gedən polis bıçaqla silahlanmış 30 yaşlı Charleena Lyslesi zərərsizləşdirmək üçün atəş açıb.   

Uşaqlarının gözünün qarşısında güllələnən qadının hamilə olduğu və körpələrdən birinin daim qayğı və diqqət tələb edən Doun sindromlu olduğu bildirilib.

İnsident ölkə daxilində bir çox qeyri-hökumət təşkilatı tərəfindən kəskin şəkildə pislənib.