ABŞ-da polisə atəş açan kişi 4 uşağı girov götürüb

abs-da-polise-ates-acan-kisi-4-usagi-girov-goturub
Oxunma sayı: 978

ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Orlando şəhərinin polis rəisi Con Mayna bildirib ki, məişət zorakılığı ilə bağlı zəngdən sonra polislər evlərdən birinə yollanıblar. Şübhəlini saxlamaq istəyərkən o, atəş açıb və polisi ağır yaralayıb. 

Atışmadan sonra kişi mənzildə 1 yaşından 12 yaşına kimi olan dörd uşağı girov götürüb. 

Hadisə yerinə polis xüsusi təyinatlıları gediblər, silahlı şəxslə danışıqlar aparmağa cəhd edirlər.