ABŞ-da qaradərilini öldürən polisə hökm oxundu

abs-da-qaraderilini-olduren-polise-hokm-oxundu
Oxunma sayı: 1246

ABŞ-ın Cənubi Karolina ştatında qaradərili vətəndaşı öldürən polisə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə 2015-ci ilin aprelində baş verib. Polis Maykl Sleyberqin qaçan Uolter Skotu arxadan 8 güllə ilə vurduğu kadrlar internetdə sürətlə yayılmışdı.

İnsidentdən sonra polis vəzifəsindən uzaqladırılıb və həbs edilmişdi.

Məhkəminin qərarı qətldə günahlandırılan Maykl Sleybreq 20 il azadlıqdan məhrum edilib.