ABŞ-da qəza enişi edən təyyarə 2 maşınla toqquşdu - Video

abs-da-qeza-enisi-eden-teyyare-2-masinla-toqqusdu
Oxunma sayı: 1752

ABŞ-ın Sent-Pitersberq şəhərində qəza enişi edən yüngülmühərrikli təyyarə avtomobillərlə toqquşub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata əsasən, hadisə zamanı təyyarə iki maşınla toqquşub. Nəticədə 5 nəfər xəsarət alıb. Onlardan 3-ü artıq xəstəxanadan evə buraxılıb.