ABŞ-da Rusiya konsulluq binasına basqın olub

ABŞ-da Rusiya konsulluq binasına basqın olub
Oxunma sayı: 846

Rusiya XİN-i ABŞ rəsmilərinin San-Fransiskodakı baş konsulluq binasının qapısını sındıraraq içəri girdiyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmilərinin binaya nəzarəti ələ keçirdiyi və içəridə geniş şəkildə axtarış apardığı bildirilib.

“Bu gün, San-Fransiskodaki baş konsulluq binamızı amerikalı rəsmilər ələ keçirib. Ötən ilin dekabr ayından etibarən, ABŞ Rusiyaya məxsus 5 diplomatik obyekti zorla nəzarətə götürüb. İndi də qapılarını qırdıqları binamızda axtarış aparırlar”,-deyə açıqlamada vurğulanıb.

Rəsmi Moskva cavab addımı atma hüquqlarını özündə saxladığını qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi