ABŞ-da silahlı şəxs mağazaya basqın edərək polisə atəş açıb

abs-da-silahli-sexs-magazaya-basqin-ederek-polise-ates-acib
Oxunma sayı: 1430

ABŞ-ın Montana ştatında silahlı şəxs mağazaya daxil olaraq barrikada qurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Məlumata əsasən, insident Billinq şəhərində baş verir. Şübhəli şəxs ötən gecədən avtomobillə mağazaya daxil olub və orada barrikada qurub. Polis onu zərərsizləşdirməyə çalışsa da hələlik buna nail ola bilməyib. Hazırda xəsarət alan şəxsi olmadığı bildirilir.

Hadisə yerinə danışıqlar aparmaq üçün mütəxəssislər cəlb olunub.

İlkin ehtimala görə, şübhəli şəxs silah oğurlamaq üçün mağazaya daxil olub.