ABŞ-da təlim zamanı hadisə - 22 hərbiçi yaralandı

abs-da-telim-zamani-hadise
Oxunma sayı: 1134

ABŞ-ın Kaliforniya ştatındakı “Fort Hunter Ligget” hərbi bazasında təlim zamanı hadisə baş verib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, “UH-60 Blackhawk” model helikopter eniş edərkən yaratdığı güclü külək bir çadırı uçurub.

Hadisə nəticəsində 22 əsgər yaralanıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.