ABŞ-da təyyarə evə çırpılıb - Yaralananlar var

ABŞ-da təyyarə evə çırpılıb
Oxunma sayı: 372

ABŞ-ın San-Xose ştatında yüngülmotorlu təyyarə yaşayış evinə çırpılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatının  yanğınsöndürmə xidmətinin kapitanı Maykl van Elqorta məlumat yayıb.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində 3 nəfər olub. Onlardan ikisinin vəziyyəti kritikdir.

Qəza zamanı evdə olan 13 nəfərdən heç biri xəsarət almayıb.

Təyyarənin Reyd-Hillvyu hava limanında qalxdıqdan dərhal sonra qəzaya düşdüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi