ABŞ-da təyyarə qəza enişi etdi

abs-da-teyyare-qeza-enisi-etdi
Oxunma sayı: 802

ABŞ-ın “Delta Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fox News kanalı məlumat yayıb.

Məlumata əsasən, mühərrikində problem yaranması səbəbindən təyyarə Corciya ştatının Atlanta şəhərində yerləşən Hartsfil-Cekson hava limanına eniş etməli olub. 

Hava gəmisinin Atlantadan Londona uçduğu vurğulanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.