ABŞ-da təyyarə qəzası, ölənlər var

abs-da-teyyare-qezasi-olenler-var
Oxunma sayı: 1019

ABŞ-ın Detroyt şəhərində təyyarə qəzası olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cessna 210 yüngül təyyarəsi Koloman.A.Yanq adına havalimanı yaxınlığına yerə düşərək partlayıb.

Bildirilir ki, bortda pilot daxil olmaqla 3 nəfər olub, onlardan 2-si ölüb. Pilotu isə hadisə şahidləri xilas edə biliblər. Məlumata görə, hadisədən əvvəl pilot şassidə problem olduğunu, yanacağın bitdiyini deyib.

Aysel Kərimova