ABŞ-da təyyarə yaşayış evinə çırpıldı, 2 nəfər öldü

abs-da-teyyare-yasayis-evine-cirpildi-2-nefer-oldu
Oxunma sayı: 868

ABŞ-ın Nyu-York ştatında yüngülmühərrikli "Cessna 303" tipli təyyarə yaşayış evinin üzərinə düşüb.

“Qafqazinfo” “USA Today”ə istinadən xəbər verir ki, hava gəmisinin göyərtəsində olan üç nəfərdən biri dünyasını dəyişib, ikisi xəsarət alıb. Bundan əlavə, hadisə zamanı evdə olan üç nəfərdən biri həyatını itirib, biri isə ağır yaralanıb. Üçüncü sakinin axtarışları davam etdirilir.

Polis nümayəndələrinin sözlərinə görə, qəzadan sonra evi bütövlükdə alov bürüyüb.

Faciənin səbəbləri araşdırılır. İlkin məlumatlara görə, qəzaya səbəb təyyarənin mühərrikində yaranan problemlər olub.