ABŞ-da vertolyot qəzaya uğrayıb, 2 nəfər ölüb - Video

abs-da-vertolyot-qezaya-ugrayib-2-nefer-olub
Oxunma sayı: 690

ABŞ-da vertolyot qəzası nəticəsində 2 nəfər həlak olub. 

"Qafqazinfo" "ABC" telekanalına istinadən xəbər verir ki, hadisə Yuta ştatının dağlıq ərazisində qeydə alınıb.

Bildirilir ki, vertolyot Ballard şəhərindən Solt-Leyk-Siti dairəsinin hava limanına uçurmuş. Hava maşınının axtarışları vertolyotda olanlardan birinin ailə üzvlərinin onun gecikməsi barədə xəbər verməsindən sonra başlayıb.

Qəzanın səbəbləri araşdırılır.