ABŞ-da xəstəxanaya silahlı hücumda 4 nəfər ölüb

abs-da-xestexanaya-silahli-hucumda-4-nefer-olub
Oxunma sayı: 884

ABŞ-ın Çikaqo şəhərində xəstəxanaya edilən silahlı hücumda 4 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl dörd nəfərin ağır yaralandığı, atəş açan şəxsin isə öldüyü açıqlanmışdı. Ölənlər arasında polis zabiti də var. 

"Associated Press"in məlumatına görə, hücum edən şəxsin sui-qəsd etdiyi, yoxsa polis tərəfindən zərərsizləşdirildiyi məlum deyil. 

Şahidlərin sözlərinə görə, atəş səsləri xəstəxananın maşın dayanacağında başlayıb. Cinayətkar qadınla söhbət edib və daha sonra onun sinəsinə atəş açıb. Bundan sonra xəstəxanaya daxil olaraq qarşısına çıxanları güllələyib. 

İnsidentin hansı səbəbdən baş verdiyi bilinmir.