ABŞ-dan Afrin açıqlaması

abs-dan-afrin-aciqlamasi
Oxunma sayı: 2795

İŞİD-ə qarşı qurulan ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin sözçüsü Rayan Dillon Türkiyənin Afrinə planlaşdırdığı əməliyyat barədə açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Dillon, Afrinin koalisiya qüvvələrinin əməliyyat keçirdiyi bölgə olmadığını söyləyib:

“Biz Əbu-Kamal bölgəsinin şimalı və Fərat çayının şərq sahillərində İŞİD-i məğlub etmək üçün müttəfiqlərimizə dəstək veririk. Qüvvələrimizin İŞİD-i İraq və Suriyanın ərazilərindən çıxarmaq üçün əməliyyatları davam edir”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Afrinə əməliyyat başlayacağını açıqlamışdı.