ABŞ-dan Fələstinə qarşı daha bir addım - Yardım dayandırıldı

abs-dan-felestine-qarsi-daha-bir-addim
Oxunma sayı: 957

Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıyan ABŞ hökuməti Fələstinə qarşı daha bir addım atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Fələstinə edilməsi nəzərdə tutulan 65 milyon dollarlıq yardım təxirə salınıb.

Departament sözçüsü Hazer Nauert bildirib ki, qərarın yenidən gözdən keçiriləcək:

“Yardım ləğv edilməyib, sadəcə dayandırılıb. Bu qərar BMT-də keçirilmiş Qüdslə bağlı səsvermə ilə əlaqədar deyil”.

Qeyd edək ki, BMT-də keçirilən səsvermədə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı qanunsuz hesab edilmişdi.