ABŞ-dan güc nümayişi - Qırıcılar havaya qaldı

abs-dan-guc-numayisi
Oxunma sayı: 2473

ABŞ hərbi hava qüvvələrinin starteji bombardımançı təyyarələri “B-1B Lancer” və F-15 döyüş qırıcıları Şimali Koreya sərhəddi boyunca uçuş həyata keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon nümayəndəsi Dan Uayt bununla ABŞ-ın hərbi gücünü göstərdiyini bildirib.

“Biz ABŞ-ı və müttəfiqlərimizin ərazilərini qorumaq üçün hərbi imkanlardan tam istifadə etməyə hazırıq”,- deyə Pentaqon nümayəndəsi söyləyib.

Məlumata əsasən bombardımançı təyyarələr Quam adasından, qırıcılar isə Yaponiyanın Okinava adasındakı hərbi bazadan havaya qalxıb. 

Təyyarələr KXDR-ın şərq sahilləri boyunca beynəlxalq hava məkanında uçuşlar həyata keçiriblər.