ABŞ-dan Gülənin ekstradisiyası xəbərinə - Münasibət

abs-dan-gulenin-ekstradisiyasi-xeberine
Oxunma sayı: 2889

ABŞ-ın Xarici İşlər Nazirliyi FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası xəbəri ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, XİN-in açıqlamasında “Ağ Ev Gülənin ekstradisiyası ilə bağlı hər hansı müzakirə aparmayıb. Türkiyədən göndərilən sənədlərin dəyərləndirilməsi davam edir”, - deyə bildirilib. 

Xatırladaq ki, ABŞ-ın “NBC” kanalı Pensilvaniya əyalətində yaşayan F.Gülənin Türkiyəyə ekstradisiya olunması yollarının araşdırılması ilə bağlı prezident Donald Trampın FTB, Ədliyyə və Daxili İşlər Nazirliklərinə təlimat verdiyi xəbərini yaymışdı.