ABŞ-dan Gürcüstana “qardaş payı” – 14 milyon

abs-dan-gurcustana-qardas-payi-14-milyon
Oxunma sayı: 678

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, ABŞ-ın bu ölkəyə ayırdığı yardımın məbləği digər MDB ölkələri ilə müqayisədə xeyli çoxdur.

Xəbərdə həmçinin gələn il Ağ evin Özbəkistan, Qırğızıstan və Tacikistana 1.5 milyon dollar həcmində hərbi yardım ayıracağı qeyd olunur. Qazaxıstana ediləcək yardımın həcmi 1.8 milyon, Türkmənistana isə 685 min dollardır.

Mərkəzi Asiya ilə müqayisədə Cənubi Qafqaz ölkələri daha çox yardım alacaqlar. Belə ki, Ermənistan və Azərbaycana ayrılıqda 2.7 milyon dollar əldə edəcək.

Səidə