ABŞ prezidenti Donald Tramp çərşənbə günü rəsmi olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin yüksək vəzifli nümayəndəsi söyləyib.
“Prezident dekabrın 6-da ABŞ-ın rəsmi olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bəyan edəcək”, -deyə məlumatda bildirilib.
Ağ Evdən qeyd ediblər ki, Qüdslə bağlı qərar ABŞ-ın İsrailin sərhədləri ilə bağlı siyasətini dəyişdirməyəcək.