ABŞ-dan Rusiya vətəndaşlarına viza məhdudiyyəti

abs-dan-rusiya-vetendaslarina-viza-mehdudiyyeti
Oxunma sayı: 667

ABŞ avqustun 23-dən etibarən bütün Rusiya ərazisi üçün qeyri-immiqrasiya vizasının verilməsini dayandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb. Bu addımın Rusiya hökumətinin ölkədəki ABŞ diplomatik nümayəndəliyinin əməkdaşlarının sayının azaldılması tədbirinə cavab olaraq atıldığı qeyd edilir. 

Qeyri-immiqrasiya vizalarının verilməsi sentyabrın əvvəlində bərpa olunacaq, lakin təkcə Moskvada. Vizaların verilişi konsulluqlarda isə qeyri-müəyyən müddətə kimi dayandırılıb. Amerikalı diplomatlarının sayı artırılmayana kimi məhdudiyyətlər davam edəcək.