ABŞ-dan Rusiyaya NATO şərti

abs-dan-rusiyaya-nato-serti
Oxunma sayı: 1576

ABŞ Dövlət Katibi Reks Tillerson Brüsseldə keçirilən NATO ölkələri xarici işlər nazirlərinin toplantısından çıxış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya – NATO münasibətləri barədə çıxış edən Tillerson Rusiyaya şərt qoyub.

O, Rusiyanın Ukrayna torpaqlarını qeyri-qanuni yolla öz torpaqlarına birləşdirməyə davam etdiyi müddətdə, NATO – Rusiya münasibətlərinin normal vəziyyətə qayıtmayacağını bildirib:

“Rusiyanın sərgilədiyi mövqe Avropanın təhlükəsizliyinə ən böyük risk olmağa davam edir. Bizim Rusiyaya qarşı davranışımız da qətidir”.