ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

abs-dan-rusiyaya-qarsi-yeni-sanksiyalar
Oxunma sayı: 1537

ABŞ-ın hüquq sahəsində təmsil olunan fiziki və hüquqi şəxslərə Rusiya şirkətləri ilə enerji layihələrində əməkdaşlıq etmək qadağan olunub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Qadağa ABŞ-ın Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi və ya tətbiq edəcəyi sanksiyalar siyahısında olan bütün şəxslərə şamil olunub.