ABŞ-dan Şərqi Quta açıqlaması

ABŞ-dan Şərqi Quta açıqlaması
Oxunma sayı: 1124

ABŞ Suriyanın Şərqi Quta şəhərində baş verən qətliama münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“400-dən çox mülki şəxs Suriya rejimi tərəfindən dəhşətli şəkildə öldürüldü və hamınızın bildiyi kimi, Rusiya və İran tərəfindən dəstəklənirlər(Suriya rejimi-red)”,- deyə ABŞ XİN-nin sözcüsü Heazer Nauert bildirib.

O, Şərqi Qutada baş verən insanlıq dramına görə Rusiyanın cavabdeh olduğunu vurğulayıb.

Qeyd edək ki, Əsəd qüvvələrinin şəhəri bombalaması nəticəsində 400-dən çox insan ölüb. Daha 2 minə yaxın mülki vətəndaş isə yaralanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi