ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq - “Təzyiqlər davam etdiriləcək”

abs-dan-simali-koreyaya-xeberdarliq
Oxunma sayı: 1528

“Ağ Ev”in sözçüsü Sara Sanders Şimali Koreyaya tətbiq edilən sanksiyalar barədə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, Şimali Koreya nüvə silahlarından imtina istiqamətində konkret addım atana qədər ABŞ-ın sanksiyalara davam edəcəyini bildirib.

S.Sander deyib ki, əsas məqsəd Koreya yarımadasını nüvə təhlükəsindən xilas etməkdir:

“Proseslər addım-addım izlənilir. Konkret addımlar atılana qədər Şimali Koreyaya maksimum şəkildə təzyiqlər davam etdiriləcək”.

O, rəsmi Pxenyanın son zamanlar müsbət addımlarını gördüklərini, lakin münasibətlərin normallaşması üçün gediləsi daha uzun yolun olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, 21 apreldə Şimali Koreya rəhbərliyi qitələrarası ballistik nüvə raket sınaqlarını dayandıracağını açıqlamışdı.