ABŞ-dan sonra bu ölkə də səfirliyini Qüdsə köçürür

abs-dan-sonra-bu-olke-de-sefirliyini-qudse-kocurur
Oxunma sayı: 2083

Qvatemala prezidenti Cimmi Morales ABŞ-dan iki gün sonra İsraildəki səfirliklərini Qüdsə köçürəcəklərini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərar əsasən, səfirlik mayda Tel-Əvivdən Qüdsə köçürüləcək. 

Qeyd edək ki, Qvatemala BMT Baş Assambleyasında keçirilən Qüds səsverməsində ABŞ-ın İsrailin paytaxtını Qüds olaraq tanıma qərarına dəstək verən azsaylı ölkələrdəndir. Morales çıxışında “Müstəqil qərar alaraq Qüdsü İsrailin paytaxtı olaraq tanıyırıq. Mayda İsrailin 70-ci yaranma ildönümünü qeyd edəcəyik. Mənim təlimatımla ABŞ-dan iki gün sonra biz də səfirliyimizi daimi olaraq Qüdsə köçürəcəyik”.