ABŞ-dan Türkiyə əleyhinə daha bir qərar

abs-dan-turkiye-eleyhine-daha-bir-qerar
Oxunma sayı: 5590

ABŞ prezidenti Donald Tramp 2019-cu ilin müdafiə büdcəsi ilə bağlı qanun layihəsini imzalayıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, yeni qanun layihəsinə əsasən, F-35 qırıcılarının Türkiyəyə satışı və ixracatı dayandırılır.

Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmaması isə Müdafiə Nazirliyinin hazırlayacağı hesabatdan sonra qərarlaşdırılacaq. Nazirlik hesabatı 90 gün ərzində təqdim etməlidir. Gözlənilən hesabatda Türkiyənin “F-35” proqramından çıxarılmasının ABŞ sənayesi üçün hansı nəticələr verəcəyi nəzərə alınacaq. 

Qeyd edək ki, ABŞ bu addımı başda keşiş Endryu Branson olmaqla, bəzi Amerika vətəndaşlarının Türkiyədə həbsdə olması və Rusiyadan “S400” hava müdafiə sisteminin alınması səbəbindən atır.