ABŞ-dan Türkiyənin S-400 raketi almasına münasibət

abs-dan-turkiyenin-s-400-raketi-almasina-munasibet
Oxunma sayı: 2263

Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması problemdir.

“Qafqazinfo” xəbər verir ki, bunu “Washington Post”a ABŞ-ın NATO-dakı daimi nümaəndəsi Key Beyli Hatçison söyləyib.

“Bu NATO-da həyəcana səbəb oldu. Bu alyansın istifadə etdiyi sistemlə uyğunluq təşkil etmir”,-deyə o bildirib.

Bununla yanaşı Hatçinson Ankaranın Vaşinqton üçün vacib tərəfdaş olduğunu “ABŞ Türkiyə ilə əməkdaşlıqda maraqlıdır”-deyə qeyd edib.

Xatırladaq ki, Türkiyə sentyabrın 12-də Rusiyada S-400 zenit raket kompleksi almaqla bağlı razılığa gəlib. Raketlər qarşıdakı 2 il ərzində Türkiyəyə təhvil veriləcək.