ABŞ-dan Venesuelaya qarşı növbəti sərt addım

abs-dan-venesuelaya-qarsi-novbeti-sert-addim
Oxunma sayı: 997

ABŞ Venesuela prezidenti Nikolas Maduroya yaxın yüksək vəzifəli 77 məmur və ailələrinə verilən vizaları ləğv edəcək.

“Qafqzinfo” İHA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens məlumat verib.

O, Venesuelada demokratiya və azadlıq təmin edilənə qədər baş verəcək bütün hadisələrə görə Maduronun məsuliyyət daşıyacağını deyib.

Qeyd edək ki, ABŞ ötən həftə də 49 venesuelalı rəsmi şəxsin vizalarını ləğv etmişdi.