ABŞ-dan Venesuelaya yeni sanksiya

abs-dan-venesuelaya-yeni-sanksiya
Oxunma sayı: 663

ABŞ Venesuelaya yeni sanksiyalar tətbiq edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Venesuelanın “Minerven” dağ-mədən korporasiyasına və onun rəhbəri Adriana Antonio Perdomo Mataya məhdudiyyətlər qoyulub. 

Bundan başqa, ABŞ Venesuelanın “Globovision” televiziya kanalının sahibləri Raul Qorrin və Qustavo Perdomo daxil olmaqla 12 nəfər fiziki şəxsin adını sanksiya siyahısından çıxarıb.