ABŞ danışıqlara hazırdır

abs-danisiqlara-hazirdir
Oxunma sayı: 1028

ABŞ prezidenti Donald Tramp İranla danışıqlara hazır olduğunu bəyan edib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, son qərar Tehrandan gəlməlidir.

“Əgər onlar zəng etsə, onda biz, əlbəttə ki, danışıqlara başlayarıq. Qərarı onlar verməlidir. Mən istərdim ki, onlar zəng etsin, əgər buna hazırdılarsa”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani son bəyanatında ABŞ-la danışıqlar aparmaq niyətində olmadığını bildirmişdi.