ABŞ dəniz piyadaları rus qışına hazırlaşır

abs-deniz-piyadalari-rus-qisina-hazirlasir
Oxunma sayı: 1510

ABŞ dəniz piyadası korpusunun bölmələri ekstremal hava şəraitində Rusiya və Şimali Koreya ilə hipotetik qarşıdurmaya hazırlaşır.

“Qafqazinfo” “Oxu.az”a istinadən xəbər verir ki, son il ərzində 600-ə yaxın dəniz piyadası Norveçdə xüsusi təlimlər keçiblər. Nəşrin məlumatına görə, təlimlərdə hərbiçilər hər detala diqqət yetirməyə çalışırlar.

Onlar şaxtada tutulan silah, hərbi texnika və rabitə vasitələrini idarə etməyi öyrənirlər. Bundan əlavə, dəniz piyadaları donmamaq üçün necə geyinmək, içməli suyu isitmək və qidalanmaq lazım olduğunu öyrənirlər.