“ABŞ dinc əhaliyə əzab verir” - Putindən sərt çıxış

abs-dinc-ehaliye-ezab-verir
Oxunma sayı: 4951

Rusiya prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin Suriyanı vurmasına reaksiya verib. “Qafqazinfo” xəbər verir ki, Putin bildirib ki, ABŞ və müttəfiqləri Suriyadakı hərbi və mülki obyektlərə zərbə endirməklə BMT və beynəlxalq hüququn nizamnaməsini pozublar. 

Putin, həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsini Suriyaya zərbə endirmək üçün səhnələşdirib. 

Prezidentin sözlərinə görə, rusiyalı hərbi ekspertlər qeyd edilən ərazidə olublar. Xlor və ya digər zəhərləyici maddənin izinə rast gəlməyiblər: “Heç bir yerli sakin kimyəvi hücum faktını təsdiqləmədi”. 

Putin əlavə edib ki, Suriya ətrafındakı mövcud gərgin situasiya bütün beynəlxalq əlaqələr sisteminə dağıdıcı təsir edir. O vurğulayıb ki, tarix hər şeyi öz yerinə qoyacaq. Necə ki, Yuqaslaviya, İraq və Liviyadakı qanlı qırğına görə tarix Vaşinqtonun üzərinə ağır məsuliyyət qoyub: "ABŞ öz hərəkəti ilə dinc əhaliyə əzab verir, faktiki olaraq terrorçulara yol verir".