ABŞ diplomatları Venesuealanı tərk etdi

ABŞ diplomatları Venesuealanı tərk etdi
Oxunma sayı: 257

Venesuela hökumətinin ölkəni tərk etmələri üçün 72 saat verdiyi ABŞ diplomatları, təyin edilən vaxt bitmədən ABŞ-a gediblər.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib:

“Bunun onlar üçün çətin bir vəziyyət olduğunu bilirəm. Çünki onlar özlərini Venesuela xalqının demokratiya və daha yaxşı gələcəkdə yaşamaq arzularına həsr etmişdilər”.

Pompeo həmçinin özünü dövlət rəhbəri elan edən Xuan Quaydonu prezident olaraq tanımağa davam edəcəyini də bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi