ABŞ Dövlət Departamenti Bərzaniyə tərif yağdırdı

abs-dovlet-departamenti-berzaniye-terif-yagdirdi
Oxunma sayı: 1433

ABŞ Dövlət Departamentinin sözçüsü Heter Nauert İraq Kürd Regional Rəhbərliyinin (İKBR) başçısı Məsud Bərzaninin istefası şərh edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, H.Nauert Bərzaninin istefa etməsini təqdirəlayiq hərəkət kimi qiymətləndirib.

O, İKBR rəhbərini tarixi şəxsiyyət və xalqının cəsur lideri adlandırıb:

Heter Bərzaninin istefa qərarının ətin bir dövrdə dövlət adamına yaraşacaq bir hərəkət olduğunu, bundan sonra İKBR-in Baş naziri Nəçirvan Bərzani və onun müavini Qubad Tələbani ilə aktif ünsiyyətdə olmağı arzuladığını sözlərinə əlavə edib.