ABŞ dövlət katibinin müavini bu gün Bakıya gəlir

abs-dovlet-katibinin-muavini-bu-gun-bakiya-gelir
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, bu barədə SalamNews-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər Çərçivəsində Börns Azərbaycan dövlət rəsmiləri, ölkə başçısı, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri və bir sıra siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi, ölkədəki vəziyyət, strateji əməkdaşlıq, eləcə də regionda ümumi maraqlar ətrafında danışıqlar aparılacaq.

Bununla yanaşı, ABŞ rəsmisi regional sülh və təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar barədə fikir mübadiləsi aparacaq.

Uilyam Börns Bakıdan sonra Gürcüstan və Ermənistana gedəcək.