ABŞ Əfqanıstana yardımı 700 milyon dollar artırmaq istəyir

abs-efqanistana-yardimi-700-milyon-dollar-artirmaq-isteyir
Oxunma sayı: 647

ABŞ administrasiyası 2018-ci ildə Əfqanıstanın təhlükəsizlik qüvvələrinə etdiyi yardımı 700 milyon dollar artırmaq istəyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi ayrılacaq məbləğə Sovet və Rusiya istehsalı olan texnikanın ABŞ-da hazırlananlarla dəyişdirilməsini nəzərdə tutur. Cari ildə bu proqramın maliyyələşdirilməsi 814 milyon təşkil edib.

Qeyd edək ki, hazırda Əfqanıstanda təxminən 10 min ABŞ hərbçisi, yerli təhlükəsizlik qüvvələrinə terrorçulara qarşı əməliyyatlarda yardım edir. Buna baxmayaraq ölkədə vəziyyət getdikcə pisləşir. Çərşənbə axşamı ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts “Taliblər”in yeni əraziləri zəbt etməyə davam etdiyini bildirib.