ABŞ Energetika Nazirliyindən neftlə bağlı proqnoz

abs-energetika-nazirliyinden-neftle-bagli-proqnoz
Oxunma sayı: 1862

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) enerji resurslarının qiymətləri ilə bağlı yeni hesabatını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, proqnozlara görə, Brent markalı neftin orta qiyməti 2018-2019-cu illərdə 71 və 66 dollar təşkil edəcək.  

WTI markalı neftə gəlincə, EIA ekspertlərinin fikrincə, 2018-ci ildə orta qiyməti 66 dollar, 2019-cu ildə isə 61 dollar olacaq. 

Qurumun proqnozlarına görə, 2018-ci ildə sutka ərzində dünyada neftin hasilatı 0,2 milyon barrelə qədər, gələn il isə sutkada 0,6 milyon barrelə qədər artacaq.