ABŞ Fələstinə 40 milyon dollarlıq humanitar yardım göndərəcək

abs-felestine-40-milyon-dollarliq-humanitar-yardim-gonderecek
Oxunma sayı: 684

ABŞ-ın Dövlət Katibliyinin açıqlamasında Konqres üzvlərinin Fələstinə 40 milyon dollarlıq iqtisadi və humanitar yardımın göstərilməsi barədə layihəni təsdiq etdiyini bildirilib.

Dövlət Katibliyinin mətbuat xidmətinin əməkdaşı Mark Toner ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən göstərilən yardımın Fələstində istiqrarın bərqərar olmasına töhfə verəcəyini deyib. Toner açıqlamasında daha demokratik, stabil və etibarlı bir Yaxın Şərqin Fələstin, İsrail və ABŞ-ın mənafeyinə uyğun olduğunu qeyd edib.

Qeyd edək ki, Birləşmiş Ştatların 2012-ci il üzün nəzərdə tutulan büdcəsində Fələstinə 513,4 milyon dollarlıq yardımın ayrılacağı gözlənilir.



azerimuslims.com