“ABŞ Fələstinin əleyhinə işləyir”

abs-felestinin-eleyhine-isleyir
Oxunma sayı: 781

Fələstin Azadlıq Təşkilatının İcra Şurasının baş katibi Saib Ureykat ABŞ prezidenti Donald Trampı Fələstin əleyhinə fəaliyyətdə ittiham edib.

“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, Saib İordaniyada təşkil edilən konfrans zamanı çıxışında deyib:

“Tramp problem yaradının biz olduğumuzu iddia edir. Ancaq heç kim sülhün bərqərar olmasını fələstinlilərdən daha çox istəyə bilməz. Tramp Qüdslə bağlı heç bir addım atmayacağına söz vermişdi. Amma baş verənlər onun bizim əleyhimizə çalışdığını göstərdi. Bütün dünya “Qüds qırmızı xətdir” dediyi vaxtda ABŞ hansı təməllərə arxalanıb bu addımları atır? Tramp nə istəyir?”. 

Xatırladaq ki, Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanımış və Tel-Əvivdəki səfirliyini ora köçürmüşdü.