ABŞ gələcəkdə döyüşlərin necə olacağını göstərdi - Video

abs-gelecekde-doyuslerin-nece-olacagini-gosterdi
Oxunma sayı: 1958

ABŞ Hərbi Hava Qüvvələrinin (AFRL) tədqiqat laboratoriyası yaxın gələcəkdə hava döyüşünün necə olacağını əks etdirən video yayımlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “HHQ 2030 - fəaliyyətə çağırış” adlı video çarxda Hərbi Hava Qüvvələrinin qısa tarixi və tədqiqatlar davam etdirmək niyyətini bəyan edilir.

Videoya gələcəkdə Hərbi Hava Qüvvələrinin əməliyyatlarının bir mərkəzdən idarə olunduğu göstərilib. Həmçinin hərbi toqquşmalar yer kürəsinin müxtəlif hissələrində baş verdiyi əks olunub.

Görüntünün son saniyələrində ABŞ qırıcısının lazer silahı ilə düşmənin uçan aparatını vurduğu da göstərilir.