ABŞ Green Card müraciətlərini dayandırdı

abs-green-card-muracietlerini-dayandirdi
Oxunma sayı: 2702

ABŞ Green Card lotoreyası üçün müraciətləri dayandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, proqramın başlamasından qısa müddət sonra texniki problem yaranıb. ABŞ-ın Ekvadordakı səfirliyinin saytında yer alan məlumata görə, qeydiyyatla bağlı texniki problemlər olduğu üçün 2017-ci ilin oktyabrın 3-dən sonra verilən bütün ərizələr ləğv olunub. Bu səbəbdən də həmin şəxslər yenidən müraciət etməli olacaqlar. 

Yeni ərizə qeydiyyatı oktyabrın 18-də başlayacaq, noyabrın 22-də isə başa çatacaq.