ABŞ Gürcüstanda hərbi obyektlər tikir

abs-gurcustanda-herbi-obyektler-tikir
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, bu barədə müxalif “Xalq yığıncağı”nın nümayəndəsi Elizbar Cavelidze qəzetlərindən birinə müsahibəsində deyib. Onun sözlərinə görə, 20 çarpayılı xəstəxanalar Amerikanın yeni layihəsidir: “Fars körfəzində Amerika və İran arasında böyük müharibə başlayır və bu 20 çarpayılı hərbi xəstəxanaların tikintisinə 5 milyard dollar xərclənib. Onlar əsasən Amerika pullarına tikilirlər. Ona görə də sürətli templə aeroportlar tikir, bu səbəbdən Kulevidə sualtı gəmilər üçün limanın tikinti ilə bağlı danışıqlara başladılar. Bütün bunlar Amerika hərbi bazalarının yerləşdirilməsi ilə bağlıdır. Lazika Amerika hərbi şəhərciyi olacaq, Marneulidə isə gizli aerodrom tikilib. Əgər İranla hərbi konflikt olsa Tehran Amerika hərbi obyektlərinə raketlər buraxacaq, o zaman kim bizim ölkəni qoruyacaq?”.

Səidə