ABŞ Hava Qüvvələrinin katibi istefaya gedir

abs-hava-quvvelerinin-katibi-istefaya-gedir
Oxunma sayı: 641

ABŞ Hava Qüvvələrinin katibi Hizer Uilson istefaya gedəcəyini açıqlayıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, 58 yaşlı siyasətçi prezident Donald Trampa yazdığı məktubda Texas universitetinin rektoru olmaq uğrunda aparılan mübarizəyə qoşulduğunu, finalda lazımi səsi topladığı təqdirdə mayın 1-də istefa verəcəyini bəyan edib. 

Amerika KİV-də yayılan məlumata görə, Tramp müdafiə nazirinin əvəzi Petrik Şenaheni nazir kimi təsdiqləməyi düşündüyündən Uilson Şenahenlə mövcud pis münasibətlərinə görə Texas universitetinin təklifini qəbul edib.