ABŞ “Həmas” liderini “terrorçuların siyahısı”na daxil etdi

ABŞ “Həmas” liderini “terrorçuların siyahısı”na daxil etdi
Oxunma sayı: 633

ABŞ dövlət deprtamenti “Həmas” Siyasi Bürosunun rəhbəri və Fələstinin sabiq Baş naziri İsmayıl Həniyəni “terrorçuların siyahısı”na daxil edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət departamenti “Həmas” liderini silahlı mübarizəni dəstəkləməkdə ittiham edib:

“Əlimizdə Həniyənin İsrail vətəndaşlarına qarşı terror hücumlarına qarışdığı məlumatı var. “Həmas” 17 ABŞ vətəndaşının öldürüldüyü terror hücumunda da günahkardır”.

Qeyd edək ki, “Həmas” təşkilatı 1997-ci ildə ABŞ-ın terror təşkilatları siyahısında yer alır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi