ABŞ hərbçiləri həlak oldu

abs-herbcileri-helak-oldu
Oxunma sayı: 1213

“Taliban” hərəkatı Əfqanıstanda ABŞ ordusunun mövqelərinə hücum edib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Maydan-Vardaq bölgəsindəki bölmələrə edilən hücum zamanı azı 2 ABŞ hərbçisi ölüb. Əyalət başçısının mətbuat katibi Əbdülrəhman Manqal ABŞ  ordusunun hücumu cavabsız qoymadığını, hərbi təyyarələrin  “Taliban” silahlılarının  gizləndiyi məktəbi bombaladığını bəyan edib. Bu zaman bir neçə terrorçu ölüb.

Aysel Kərimova