ABŞ hərbçilərini Meksika ilə sərhədə göndərdi

abs-herbcilerini-meksika-ile-serhede-gonderdi
Oxunma sayı: 666

"Meksika ilə sərhədə silahlı hərbçilər göndərilir".

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb:

“Meksika əsgərləri ABŞ əsgərlərinə qarşı silahlarını yönəltdilər. Yaxşısı budur, bu, bir daha təkrarlanmasın. Hazırda biz sərhədə silahlı hərbçiləri göndəririk”.

Xatırladaq ki, qanunsuz miqrantlara qarşı ABŞ-la Meksika sərhədinə divar çəkilir.