ABŞ hərbi təyyarəsi qəzaya düşüb

abs-herbi-teyyaresi-qezaya-dusub
Oxunma sayı: 644

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18E Super Hornet döyüş qırıcısı Filippin sahillərində qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə qırıcının Karl Vinson təyyarə daşıyan gəmisinə enişi zamanı baş verib.

Hərbi Dəniz Qüvvələrindən verilən məlumatda, pilotun katapultdan istifadə edərək xilas olduğu bildirilib.

Xilas edilən pilotun həyatı üçün təhlükənin olmadığı qeyd edilib. Faktla bağlı araşdırma aparılır.