“ABŞ Hümsdə əməliyyat aparmır” - Pentaqon

abs-humsde-emeliyyat-aparmir
Oxunma sayı: 774

ABŞ hazırda Suriyada hər hansı bir əməliyyat və ya döyüş aparmır.

“Qafqazinfo” xəbər verir ki, bunu TASS-a ABŞ Müdafiə nazirliyinin nümayəndəsi Erik Pahon söyləyib.

“Hazırda həmin ərazidə hər hansı hərbi əməliyyat aparılmır”, deyə Pentaqon rəsmisi qeyd edib.

Bir qədər öncə SANA agentliyi Hüms əyalətində yerləşən “Şayrat” aviabazasının raket hücumuna məruz qaldığını bildirib. Daha sonra “Al Masdar” portalı hücumların İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirildiyini yazıb.