ABŞ-ı Berlindəki beynəlxalq konfransda İvanka təmsil etdi - Fotolar

abs-i-berlindeki-beynelxalq-konfransda-ivanka-temsil-etdi
Oxunma sayı: 648

ABŞ prezidentinin böyük qızı İvanka Tramp Berlində W20 beynəlxalq konfransında iştirak edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, W20 Almaniyanın bu il G20 zirvəsində liderliyinə həsr olunmuş tədbirlərin bir hissəsidir və konfransda biznes və elektron sahələrdə qadınların fəaliyyətinin artırılması məsələsi müzakirə olunub.

İ. Tramp konfrans çərçivəsindəı planetin digər nüfuzlu qadınları- Almaniya kansleri Angela Merkel, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard, Kanadanın XİN rəhbəri Xristya Friland və Niderland şahzadəsi Maksima ilə görüşüb. 

Prezidentin qızı tədbir üçün amerikalı dizayner Maykl Kors imzalı çiçəkli libasa üstünlük verib.