“ABŞ-ı iqtisadi savaşına görə peşman edəcəyik” - Ruhani

abs-i-iqtisadi-savasina-gore-pesman-edeceyik
Oxunma sayı: 1050

“İran bombalanmaya məruz qalsa belə, təslim olmayacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani ABŞ-la yaranmış hərbi gərginlik fonunda deyib:

“Bu gün bizim üçün əzmkarlıq vacibdir. Düşmənlər dərk etməlidirlər ki, bizim ürəyimizdə ümidsizlik və çarəsizliyə yer yoxdur”. 

Ruhani əlavə edib ki, İran bombalanmaya məruz qalsa belə, iranlılar yenə də müstəqillik hədəfindən vaz keçməyəcək. 

Prezidentin sözlərinə görə, ölkəsi iqtisadi müharibə yaşayır: “İraq savaşı”nda hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi. Bu gün isə iqtisadi savaşla xalqın rifahı və dincliyi hədəfalınır. Ancaq İran düşməni iqtisadi savaşına görə peşman edəcək”.